Ölkə

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

29 Avqust 2026 00:40
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib.

Milli.Az Azxeber.com-a istinadla xəbər verir ki, universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.

Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü:

Coğrafiya müəllimliyi - 8 nəfər

Tarix müəllimliyi - 29 nəfər

Təhsildə sosial-psixoloji xidmət - 57 nəfər

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) - 29 nəfər

Tarix - 28 nəfər

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 40 nəfər

Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə:

İbtidai sinif müəllimliyi

Məktəbəqədər təhsil - 39 nəfər

Psixologiya - 35 nəfər

Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi - 31 nəfər

Riyaziyyat və informatika müəllimliyi

Xarici dil müəllimliyi (ingilis dili) - 41 nəfər

Filologiya (İngilis dili və ədəbiyyatı) - 29 nəfər

Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir.

Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.