İran

Müctəba Xameneinin müraciəti yayılıb

28 Avqust 2026 21:41
Baxış: 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ və İsrailin hərbi hücumları, tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İran sosial rifahı diqqətdə saxlayır və bununla bağlı islahatlar həyata keçirir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunub.

"Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır", - Xameneinin rəsmi saytında dərc olunan müraciətdə vurğulanıb.

Ali rəhbərin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında bildirib ki, bütün tapşırıqlar yerinə yetiriləcək və İslam Respublikası inkişaf edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.