Dünya

Maskın kosmik şirkəti rekord qırdı - Gəlirlər 92 faiz artdı

5 Avqust 2026 14:09
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İlon Maskın Amerika şirkəti "SpaceX" ilk dəfə olaraq daxili maliyyə nəticələrini açıqlayıb və  rekord gəlir əldə etdiyini bildirib. 

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

"Dünyanın ən böyük raket buraxılışı və peyk interneti şirkəti ikinci rübdə 7,8 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92% çoxdur", - nəşr vurğulayıb. 

Qeyd edək ki, Mask dünyada 600 milyard dollardan çox sərvətə sahib olan şəxsdir. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.