Cəmiyyət

Növbəti köç karvanı Xocavənd rayonuna çatıb - (Yenilənib)

5 Avqust 2026 13:46
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.

Milli.Az xəbər verir ki, doğma yurduna qayıdan ailələri Xocavənd şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəsmiləri, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailənin (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailənin (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib. Beləliklə, ümumilikdə 27 ailə, yəni 107 nəfər doğma yurduna qayıdıb.

______________

Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.

Milli.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.