Dünya

69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi

5 Avqust 2026 10:30
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-da 69 yaşlı təqaüdçü gündəlik alış-veriş üçün qeyri-adi üsula əl atıb.

Milli.Az xəbər verir ki, Viskonsin ştatında yaşayan kişi mağazaya getmək üçün şəxsi yüngül helikopterindən istifadə edib.

Məlumata görə, o, Rozendeyl kəndindəki evindən havaya qalxaraq birbaşa mağazanın qarşısındakı əraziyə enib.

Hadisə ilə bağlı polisə açıqlama verən təqaüdçü bildirib ki, məsafə uzaq olduğuna görə vaxt itirməmək üçün helikopterlə getməyə qərar verib.

Kişinin uçuş üçün müvafiq lisenziyaya sahib olduğu müəyyən edildiyindən, hüquq-mühafizə orqanları bu hərəkətdə hər hansı qanun pozuntusu aşkarlamayıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.