Cəmiyyət

Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək

5 Avqust 2026 10:08
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

AQTA Azərbaycanda donuz təsərrüfatlarında monitorinqlərə başlayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Unikal"a verilən məlumata görə, avqustun 10-dan 14-dək ölkənin bir sıra şəhər və rayonlarında donuzlarla bağlı epizootoloji araşdırmalar aparılacaq.

Bildirilib ki, yoxlamalar təsadüfi seçim əsasında müəyyən edilən ərazilərdə, eləcə də fərdi və fermer təsərrüfatlarında həyata keçiriləcək.

Monitorinq çərçivəsində heyvanların saxlanma şəraiti və ümumi vəziyyəti qiymətləndiriləcək, laborator müayinələr üçün nümunələr götürüləcək. Həmçinin təsərrüfat sahiblərinə baytarlıq qaydalarına riayət olunması ilə bağlı maarifləndirici məlumatlar veriləcək.

AQTA qeyd edib ki, tədbirlərin əsas məqsədi Azərbaycanda donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunması və ölkədə epizootoloji vəziyyətin öyrənilməsidir.

Aparılan monitorinqlərin nəticələri barədə müvafiq məlumatların Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilməsi nəzərdə tutulur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.