BDYPİ sürücülərə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur.
Milli.Az xəbər verir ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.
Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Yasamalın məşhur stadionu niyə bu vəziyyətə düşüb? - FOTO
-
Talebdən “Vardanyana görə Bakıya getmədim” açıqlamasına cavab
-
Bakıda və Ağdaşda işıqlar sönəcək
-
Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edin
-
Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
Bağçalara növbəyə yazılma dayandırıldı
XƏBƏR LENTİ
-
Yasamalın məşhur stadionu niyə bu vəziyyətə düşüb? - FOTO
-
Talebdən “Vardanyana görə Bakıya getmədim” açıqlamasına cavab
-
Bakıda və Ağdaşda işıqlar sönəcək
-
Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edin
-
Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
Bir gündə 46 cinayət açıldı
-
Bağçalara növbəyə yazılma dayandırıldı
-
Qızılın qiyməti 71 dollardan çox artdı
-
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi
-
“Nəhayət ki, mən də istirahət edərmişəm”
-
Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?
-
Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək
-
Ukrayna Rusiyanın müharibə itkilərini açıqladı
-
Azərbaycan nefti ucuzlaşdı
-
Kahı ABŞ-də rekord epidemiyaya səbəb oldu
-
Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə
-
Trampın olduğu ərazi yaxınlığında tapançalı şəxs tutuldu
-
"Sabah" "Orhus"la qarşılaşacaq
-
Dünya bazarında neft ucuzlaşdı
-
Sözünün üstündə duran 4 bürc
-
Yayın ən bərəkətli tərəvəzi: Kolundan dərdikcə yenisi gəlir
-
Tel-tel ayrılan yağlı çörək resepti





