"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səyahət zamanı bəzi insanlarda ürəkbulanması, başgicəllənmə, qusma və soyuq tər kimi əlamətlər müşahidə olunur. Xalq arasında "maşın tutması" kimi tanınan bu vəziyyət tibbdə "hərəkət xəstəliyi" adlanır.
Milli.Az xəbər verir ki, türkiyəli professor İbrahim Engin Çekin hərəkət xəstəliyinin səbəbləri və ondan qorunma yolları barədə danışıb.
Onun sözlərinə görə, hərəkət xəstəliyi insanın hərəkətini və ətrafındakı obyektlərin hərəkətini qəbul edən sistemlərə tanış olmayan və yeni qıcıqlandırıcıların təsiri nəticəsində yarana bilər:
"Bu zaman başgicəllənmə ilə birlikdə və ya başgicəllənmə olmadan ürəkbulanması, qusma, soyuq tər, baş ağrısı kimi əlamətlər ön plana çıxır".
Hərəkət xəstəliyi yalnız avtomobildə deyil, dəniz və hava nəqliyyatında da müşahidə oluna bilər. Professor bildirib ki, problem daha çox 5-6 yaşlarında ortaya çıxır və yeniyetməlik dövrünə qədər tədricən azalır. Lakin bəzi insanlarda daha uzun müddət davam edə bilər.
Qadınlarda hərəkət xəstəliyinin kişilərlə müqayisədə 1,7 dəfə daha çox görüldüyünü deyən İbrahim Engin Çekin, bunun tarazlıq sistemi ilə bağlı problemləri olan şəxslərdə də daha çox müşahidə edildiyini qeyd edib.
Bəs "maşın tutması"nın qarşısını necə almaq olar?
Mütəxəssis bildirib ki, nəqliyyat vasitəsində hərəkətin daha az hiss edildiyi yerlərdə oturmaq vacibdir. Avtomobildə orta və ya ön hissəyə üstünlük vermək tövsiyə olunur.
Bundan əlavə, səyahət günü ağır və yağlı qidalardan uzaq durmaq, çox ac qalmamaq, əlavə qoxu, səs və vibrasiya kimi qıcıqlandırıcılardan mümkün qədər uzaq olmaq lazımdır.
Professorun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq problem davam edərsə, müalicəyə başlamaq lazımdır:
"Əsas məsələ ruhdan düşməmək və mümkün qədər səyahətlərə davam etməkdir. Tədbirlərimizi görüb nəqliyyat vasitələrindən istifadə etməyə davam etsək, uyğunlaşma prosesinin sonunda narahatlıq ya azalacaq, ya da tamamilə aradan qalxacaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - (Video)
-
Ana südü nə qədər saxlanıla bilər?
-
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?
-
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
-
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
-
"Hər evdən 1000 manat istəyirlər" - Abşeronda nə baş verir?
XƏBƏR LENTİ
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - (Video)
-
İtaliyada təhlükəli istilər: 27 şəhərdə “qırmızı həyəcan” elan edildi
-
Ana südü nə qədər saxlanıla bilər?
-
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?
-
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
-
"Zeyneb" 8 ildən sonra ekranlara qayıdır
-
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
-
"Hər evdən 1000 manat istəyirlər" - Abşeronda nə baş verir?
-
“Sumqayıt” braziliyalı yarımmüdafiəçini transfer etdi
-
General rəisi vəzifəsindən azad etdi
-
“Qızıl top” uğrunda mübarizə qızışır - İlk onluq açıqlandı
-
Məşhur cütlüyün üzükləri sərvət dəyərindədir - Qiyməti məlum oldu
-
"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
-
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
-
ABŞ və Ermənistan TRIPP proqramını müzakirə etdi
-
Ədliyyə və DİN-in birgə əməliyyatı: Silah-sursat ələ keçirildi
-
Maskın kosmik şirkəti rekord qırdı - Gəlirlər 92 faiz artdı
-
İran müharibəsində ağır itkilər - Yeni rəqəmlər açıqlanıb
-
Qurban Qurbanov: “İstədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”
-
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb - (Yenilənib)
-
Kim Çen İndən Yaponiyaya hədə: “Səssiz qalmayacağıq”
-
Sepp Blatter FIFA prezidentliyi üçün namizəd açıqladı
-
Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına dəyişiklik edilib
-
Sosial şəbəkələrə 50 min manatlıq cərimə tətbiq ediləcək





