Dünya

Məşhur cütlüyün üzükləri sərvət dəyərindədir - Qiyməti məlum oldu

5 Avqust 2026 14:47
Baxış: 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hollivud ulduzu Bredli Kuper və supermodel Gigi Hadidin nişan üzüklərinin qiyməti məlum olub.

Milli.Az xəbər verir ki, cütlük Fransanın məşhur Boucheron zərgərlik evinin üzüklərinə üstünlük verib.

Bildirilir ki, Gigi Hadid sarı qızıldan hazırlanan və brilyantlarla bəzədilən Quatre Radiant Edition modelini seçib. Bu üzüyün dəyərinin 6 450 dollar (təxminən 10 965 manat) olduğu qeyd edilir.

Bredli Kuper isə çəhrayı qızıldan hazırlanan Godron üzüyü taxıb. Onun qiymətinin 2 120 dollar (təxminən 3 605 manat) olduğu bildirilir.

Məlumata əsasən, cütlüyün seçdiyi nişan üzüklərinin ümumi dəyəri 8 570 dollar təşkil edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.