Ana südü nə qədər saxlanıla bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çalışan analar körpələrini ana südündən məhrum etməmək üçün südü sağaraq saxlaya bilərlər".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Pediatr bildirib ki, ana südünün sağılaraq saxlanılması təhlükəsiz üsuldur. Lakin bunun üçün gigiyena qaydalarına və düzgün saxlanma şəraitinə əməl edilməlidir:
"Sağılmış ana südü gigiyenik qablarda, xüsusi süd saxlamaq üçün hazırlanmış paketlərdə saxlanmalıdır. Saxlanma zamanı otaq temperaturuna da diqqət yetirilməlidir".
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, ana südü otaq temperaturunda 4 saata qədər saxlanıla bilər. Gigiyenik qaydalara əməl edildiyi halda bu müddət 6 saata qədər uzadıla bilər.
Pediatr ana südünün soyuducunun aşağı hissəsində 4 günə qədər, dondurucuda isə 6 aya qədər saxlanıla biləcəyini qeyd edib.
O, dondurucuya qoyulan südün üzərinə saxlanıldığı tarixin yazılmasını da tövsiyə edib.
Qeyd edib ki, sağılaraq soyuducuda və ya dondurucuda saxlanılan ana südünün düzgün şəkildə isidilməsi vacibdir.
Onun sözlərinə görə, dondurulmuş ana südünün saxlanılması onun keyfiyyətinə ciddi təsir göstərmir. Lakin südün körpəyə verilməsi üçün düzgün şəkildə isidilməsi lazımdır.
Pediatr ana südünün mikrodalğalı sobada isidilməsini tövsiyə etməyib:
"Xüsusilə mikrodalğalı sobadan istifadə analara tövsiyə olunmur. Çünki burada südün tərkibi dəyişə bilər".
O qeyd edib ki, süd axar suyun altında və ya ilıq su vannasında yüngül şəkildə isidilməli və körpənin qəbul edə biləcəyi temperatura çatdırılmalıdır.
Pediatr çalışan analara da müraciət edərək ana südü ilə qidalandırmanı davam etdirməyin mümkün olduğunu vurğulayıb.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda unudulan küçələr: Taksi belə girmir
-
Nigar Fərhadın əri həbs edildi
-
Kiyevdə matəm elan edildi
-
Ana südü neçə yaşa qədər verilməlidir?
-
Azərbaycanda məşhur şadlıq sarayı satışa çıxarıldı - 3,5 milyona
-
Ana südü ilə qidalanan körpəyə su vermək lazımdır? - Pediatr cavabladı
-
Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək
-
Süd verən analara xəbərdarlıq
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - (Video)
-
İtaliyada təhlükəli istilər: 27 şəhərdə “qırmızı həyəcan” elan edildi
-
Ana südü nə qədər saxlanıla bilər?
-
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?
-
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
-
"Zeyneb" 8 ildən sonra ekranlara qayıdır
-
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
-
"Hər evdən 1000 manat istəyirlər" - Abşeronda nə baş verir?
-
“Sumqayıt” braziliyalı yarımmüdafiəçini transfer etdi
-
General rəisi vəzifəsindən azad etdi
-
“Qızıl top” uğrunda mübarizə qızışır - İlk onluq açıqlandı
-
Məşhur cütlüyün üzükləri sərvət dəyərindədir - Qiyməti məlum oldu
-
"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
-
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
-
ABŞ və Ermənistan TRIPP proqramını müzakirə etdi
-
Ədliyyə və DİN-in birgə əməliyyatı: Silah-sursat ələ keçirildi





