Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.
Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən ediləcək və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.
Qeyd edək ki, burada əsas dəyişiklik elektron pul köçürmələrinin məbləğinin artırılması deyil, həmin həddin hesablanma qaydasının dəyişdirilməsidir. Belə ki, əvvəlki qərarda da minimum məbləğ 20 min manat idi. Yeni qərarla bu hədd bir təqvim ili üzrə müəyyən edilir və müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq.
Həmçinin, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il dekabrın 31-dək təqdim edilməsini təmin etməlidirlər.
Məlumat üçün bildirək ki, aprelin 21-də imzalanan qərar oktyabr 1-dən qüvvəyə minəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda unudulan küçələr: Taksi belə girmir
-
Nigar Fərhadın əri həbs edildi
-
Kiyevdə matəm elan edildi
-
Ana südü neçə yaşa qədər verilməlidir?
-
Azərbaycanda məşhur şadlıq sarayı satışa çıxarıldı - 3,5 milyona
-
Ana südü ilə qidalanan körpəyə su vermək lazımdır? - Pediatr cavabladı
-
Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək
-
Süd verən analara xəbərdarlıq
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - (Video)
-
İtaliyada təhlükəli istilər: 27 şəhərdə “qırmızı həyəcan” elan edildi
-
Ana südü nə qədər saxlanıla bilər?
-
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?
-
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
-
"Zeyneb" 8 ildən sonra ekranlara qayıdır
-
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
-
"Hər evdən 1000 manat istəyirlər" - Abşeronda nə baş verir?
-
“Sumqayıt” braziliyalı yarımmüdafiəçini transfer etdi
-
General rəisi vəzifəsindən azad etdi
-
“Qızıl top” uğrunda mübarizə qızışır - İlk onluq açıqlandı
-
Məşhur cütlüyün üzükləri sərvət dəyərindədir - Qiyməti məlum oldu
-
"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
-
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
-
ABŞ və Ermənistan TRIPP proqramını müzakirə etdi
-
Ədliyyə və DİN-in birgə əməliyyatı: Silah-sursat ələ keçirildi





