İlon Maskın Amerika şirkəti "SpaceX" ilk dəfə olaraq daxili maliyyə nəticələrini açıqlayıb və rekord gəlir əldə etdiyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
"Dünyanın ən böyük raket buraxılışı və peyk interneti şirkəti ikinci rübdə 7,8 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92% çoxdur", - nəşr vurğulayıb.
Qeyd edək ki, Mask dünyada 600 milyard dollardan çox sərvətə sahib olan şəxsdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)