Dünya

Tramp Paşinyanı dəstəklədiyini AÇIQLADI

28 May 2026 09:43
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp Ermənistanda keçiriləcək parlament seçkilərində ölkənin hazırkı Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Paşinyan Trampın Ermənistanda və Cənubi Qafqazda sülh və rifahla bağlı baxışlarını tam şəkildə bölüşür.

O, həmçinin paylaşımında mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərini və orada bir neçə sənəd imzalanmasını xatırladıb. 

Xatırladaq ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.