Ölkə

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

28 May 2026 10:35
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

Milli.Az xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.