Fevralın sonunda səmada planetar parad görünəcək.
Milli.Az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında məlumat yayıb.
"Fevralın 28-də axşam səmasında bir deyil, iki deyil, altı planet görəcəyik. Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter gün batdıqdan az sonra peyda olacaq", - məlumatda deyilir.
NASA aydınlaşdırıb ki, əlverişli hava şəraitində yalnız dörd planet - Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək. Bununla belə, Uran və Neptunu müşahidə etmək üçün optik alətlər tələb olunacaq.
Milli.Az





