İdman

Nərimanın yeni klubunda forma nömrəsi BƏLLİ OLDU

23 Fevral 2026 17:34
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan yığmasının üzvü Nəriman Axundzadənin Amerika Birləşmiş Ştatlarının "Kolambus Kryu" komandasında çıxış edəcəyi forma nömrəsi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gənc hücumçu okeanın o tayındakı yeni klubunda 90 nömrəli formanı daşıyacaq.

Xatırladaq ki, Nəriman Axundzadə bu transfer dönəmində "Qarabağ" futbol klubundan ayrılaraq MLS təmsilçisi ilə anlaşıb. Futbolçu viza prosedurlarını tamamladıqdan sonra ABŞ klubunun düşərgəsinə yollanacaq.

Qeyd edək ki, hücumçu "Kolambus Kryu" ilə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşməyə imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.