Maraqlı

Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?

10 Aprel 2026 23:41
Baxış: 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Su qaynadıqda içindəki zərərli mikroorqanizmlər məhv olur və bu, suyu təhlükəsiz edir. Lakin eyni suyu ikinci və ya üçüncü dəfə qaynatdıqda suyun həcmi buxarlanma nəticəsində azalır, lakin içindəki minerallar və maddələr olduğu kimi qalır. Bu da həmin maddələrin konsentrasiyasının (sıxlığının) artmasına səbəb olur.

Milli.Az xəbər verir ki, suda təbii şəkildə az miqdarda nitratlar ola bilər. Su təkrar qaynadıldıqda bu nitratlar daha sıx hala gəlir və yüksək temperaturun təsiri ilə nitrozaminlərə çevrilə bilər. Nitrozaminlər isə orqanizm üçün riskli hesab edilən kanserogen birləşmələrdir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, içməli suda çox aşağı miqdarda arsenin olması yol veriləndir. Lakin suyun təkrar-təkrar qaynadılması bu maddənin sıxlığını artırır. Uzun müddət belə suyun istehlakı ürək-damar sağlamlığına və dəri quruluşuna mənfi təsir göstərə bilər.

Suda olan florid sıxlığının artması sümük problemlərinə və diş emalının zədələnməsinə yol aça bilər. Həmçinin, kalsium duzlarının (əhəngin) həddindən artıq sıxlaşması həssas orqanizmlərdə böyrək və öd kisəsi daşlarının yaranma riskini artırır.

Suyu hər dəfə ehtiyacınız olduğu qədər doldurun və yalnız bir dəfə qaynadın. Əgər çaynikdə su qalıbsa, onu yenidən qaynatmaq əvəzinə otaq bitkilərini sulamaq üçün istifadə edə bilərsiniz. Hər dəfə təzə su qaynatmaq həm sağlamlığınız, həm də suyun dadı (oksigen səviyyəsi) üçün daha yaxşıdır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.