Ölkə

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

10 Aprel 2026 12:45
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vətəndaş ailə başçısını itirməyə görə pensiya alıb və himayəsində də iki azyaşlı övladı var. 2025-ci ildə pensiyası azaldılıb. 

Milli.Az xəbər verir ki, daha sonra Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunub. Bundan sonra isə DSMF-dən rəsmi cavab gəlib.

2025-ci ildə azaldılan pensiya bərpa olunub, vətəndaş 1161 manat pensiya alacaq. Eyni zamanda azaldıldığı gündən bərpa edildiyi günə olan fərq isə 15315 manat olub.

Yaranmış fərq də hər ay pensiyanın üzərinə əlavə kimi veriləcək. 

Qeyd edək ki, sözügedən ailəyə Rahim Zakiroğlu hüquqi yardım göstərib. 

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.