İdman

Gündə 2 dollar qazanırdı, bu gün milyonları qoymağa yer tapmır - Futbol ulduzunun ağladan həyat HEKAYƏSİ

10 Aprel 2026 14:20
Baxış: 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin həyat hekayəsi sosial mediada böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, dünya futbolunun parlayan simalarından biri olan hücumçunun keçdiyi çətin həyat yolu hər kəsi duyğulandırıb. Məlum olub ki, Osimhen uşaqlıq illərində son dərəcə kasıb şəraitdə böyüyüb və ailəsinə dəstək olmaq üçün müxtəlif işlərdə çalışıb.

Futbolçu o illərdə gündə cəmi 2 dollar qazandığını və bu pulla ailəsinə kömək etməyə çalışdığını bildirib. Çətinliklərlə dolu həyatının məhz futbol sayəsində dəyişdiyini vurğulayan Osimhen bu idmanın onun taleyini tamamilə dəyişdiyini qeyd edib.

Bu gün isə o, Avropanın nəhəng klublarında çıxış edən və milyonlarla avro qazanan ulduz futbolçular sırasındadır. Onun yoxsulluqdan zirvəyə uzanan həyat yolu azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb və bir çoxları üçün ilham mənbəyinə çevrilib.

Sosial şəbəkə istifadəçiləri futbolçunun əzmkarlığını yüksək qiymətləndirərək, onun hekayəsinin gənclərə motivasiya verdiyini bildiriblər.

Ətraflı videeomaterialda:

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.