Hadisə

Donanmanın idarəçiliyi ona tapşırıldı

10 Aprel 2026 15:06
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.

Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Donanmanın rəisi vəzifəsində əvvəllər Taqət Qurbanov çalışıb. O, bir neçə gün əvvəl 2017-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.