"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə Misli Premyer Liqasının 27-ci turunda "Karvan-Yevlax"a məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışıb.
Bağırov məğlubiyyətin səbəblərini şərh edərkən kadr çatışmazlığından gileylənib:
"Çempionatın sonu yaxınlaşır və hazırda ciddi itkilərimiz var. Heyətdə bəzi yerdəyişmələr etmək istəsək də, mərkəz və cinah müdafiəsi mövqelərindəki problemləri həll edə bilmədik. "Qarabağ"la qarşılaşmadan sonra komandanı tanımaqda çətinlik çəkirəm. "Qəbələ" ilə oyunda olduğu kimi, bu gün də çox bəsit qollar buraxdıq".
Məşqçi vəziyyəti düzəltmək üçün futbolçularla söhbət aparılacağını bildirib:
"Oyunçularımızla ciddi danışığımız olacaq. Hər bir halda, səhvlərimizdən nəticə çıxarıb gələcək oyunlara köklənməliyik".
Milli.Az





