Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının heyəti ilə görüş olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) ölkəmizdə səfərdə olan professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.
Tədbir iştirakçılarını salamlayan MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin son illərdə böyük inkişaf yolu keçdiyini bildirib. Qeyd edib ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin, sənətçilərin, elm və ədəbiyyat xadimlərinin mütəmadi səfərləri qardaş xalqlarımızı daha da yaxınlaşdırır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə çıxışında iki ölkə arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini deyib. Bildirilib ki, bu görüş Azərbaycan və Özbəkistan musiqiçiləri arasında yeni körpülərin qurulmasına vəsilə olacaq.
MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə gerçəkləşən görüşdə çıxışlardan sonra bədii proqram təqdim olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblı (bədii rəhbər və konsertmeyster: Xalq artisti Munis Şərifov) tərəfindən musiqi nömrələri səsləndirilib.
Həmçinin ÖDK-nın professorları Bahadır Mirpayazov, Ruzbi Xocayeva, İlham İkramov və onların tələbələri özbək musiqi nümunələrini ifa ediblər. Azərbaycan və özbək musiqiçilərinin birgə ifasında səslənən "Qaragöz boy-boy" mahnısı böyük maraq və alqışlarla qarşılanıb.
Sonda Özbəkistan musiqiçilərinə Azərbaycanın qədim zərb alətlərindən olan qaval və dəf hədiyyə edilib, xatirə şəkli çəkdirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
XƏBƏR LENTİ
-
Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı





