İdman

"Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu "Qarabağ"a qarşı keçirmişik"

23 Fevral 2026 21:50
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nyukasl" bu mövsüm ən yüksək səviyyəli oyununu "Qarabağ"a qarşı keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib:

"Çempionlar Liqası matçına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə "Qarabağ"a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz "Qarabağ"a qarşı keçirmişik".

O, cavab qarşılaşmasında da qələbə qazanmaq istədiklərini söyləyib:

"Sabahkı matç üçün uyğun olan start heyətini seçəcəyik. Birinci məqsədimiz oyunu qazanmaqdır. Eyni zamanda, futbolçuların matç ritmini qoruması da vacibdir".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.