İçərişəhər ərazisində yerləşən "La Quzu" restoranının mətbəx hissəsində 23.02.2026-cı il, saat 17:40 radələrində yanğın hadisəsi baş verib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub. Operativ müdaxilə nəticəsində yanğın lokallaşdırılıb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı zərərçəkən olmayıb.
Milli.Az





