Bakının məşhur restoranında yanğın - VİDEO

23 Fevral 2026 19:38

Paytaxtın Səbail rayonunda yerləşən məşhur "Shah Palace" restoranında tüstülənmə hadisəsi baş verib. Hadisə ilə bağlı görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən restoranın havalandırma borusunda tüstülənmə qeydə alınıb.

Nazirliyin əməkdaşları tərəfindən tüstülənmənin qarşısı qısa müddətdə alınıb.

Milli.Az