Dünya

Zelenskiyə qonşusundan ağır zərbə: "Neft yoxdursa, elektrik də yoxdur!"

23 Fevral 2026 23:30
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada enerji müharibələri daha da kəskinləşir; Slovakiya Ukraynaya qarşı "elektrik kartını" masaya qoydu. "Drujba" boru kəməri ilə neft axınının dayanmasını Ukraynanın şüurlu maneəsi hesab edən Baş nazir Robert Fiko 23 fevral tarixindən etibarən Kiyevə verilən təcili elektrik dəstəyini kəsdiyini elan edib.

Milli.Az xəbər verir ki, Robert Fiko Ukraynanın "texniki nasazlıq" bəhanəsini rədd edərək, neft axını bərpa olunmayana qədər Ukraynanın enerji sistemini ayaqda tutan təcili yardımların dayandırılacağını bildirdi. O, bu addımı "ilk qisas addımı" adlandırıb.

Yanvar ayının sonunda Rus neftini Qərbə daşıyan "Drujba" kəmərində axın dayanmışdı. Ukrayna tərəfi bunu təmir işləri ilə əsaslandırsa da, Slovakiya və Macarıstan bunun siyasi bir oyun olduğunu iddia edir.

Fiko hədələrini daha da irəli apararaq bildirib ki, əgər vəziyyət düzəlməsə, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlük prosesinə verdiyi dəstəyi geri çəkə bilər.

Ukrayna Xarici İşlər Nazirliyi Slovakiyanın bu qərarını "şantaj" adlandırıb. Rəsmi Kiyev qeyd edib ki, bu cür ultimatumlar yalnız Kremlə xidmət edir və ünvan səhv seçilib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.