İdman

Qurban Qurbanov Toralın gülməsindən DANIŞDI

23 Fevral 2026 17:00
Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb. 

Milli.Az xəbər verir ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

Çalışdırıcı qeyd edib ki, xırdalıqlara getməyə ehtiyac yoxdur: "Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib".

Xəbəri rus dilində oxuyun: Гурбан Гурбанов - о том самом смехе Торала Байрамова - ВИДЕО

Q.Qurbanov həmçinin futbolçusu Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı sualı da cavablandırıb: "İdman intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda belə hallar çox olub. Belə halla ən az rastlaşan bizim klubdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.