Mədəniyyət

"Azərbaycan Muğamı" layihəsi çərçivəsində təqdim olunan “Muğam dəstgahları” konserti keçirilib - FOTO

23 Fevral 2026 17:20
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Muğamı" layihəsi çərçivəsində təqdim olunan "Muğam dəstgahları" konserti keçirilib. Konsert proqramı respublika və beynəlxalq müsabiqələr laureatı, prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində təqdim edilib.

Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə keçirilən konsertdə "Zabul-segah" dəstgahı Nisbət Sədrayeva və Hüseyn Məlikov, "Bayatı Kürd" dəstgahını Səbinə Ərəbli və Mirələm Mirələmov ifa ediblər.

Orkestrin müşayəti ilə xanəndələrin peşəkar ifaları tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.