Mədəniyyət

MEMİM “Sənət dialoqu” adlı yeni layihəyə başlayır - İlk görüş Təranə Muradova ilə keçiriləcək

23 Fevral 2026 15:44
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Sənət dialoqu" adlı yeni layihəyə başlayır.

Layihənin əsas məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.

Layihə çərçivəsində musiqi, teatr, kino, rəssamlıq, rəqs, dekorativ-tətbiqi sənət və s. sahələrin nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Fevralın 28-də "Sənət dialoqu" layihəsi üzrə ilk görüş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, Xalq artisti, xoreoqraf və pedaqoq Təranə Muradova ilə keçiriləcək.

Görüş BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə gerçəkləşəcək.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.