Efirdə məşhur aparıcıya "Ərdoğan ZARAFATI" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Beyaz TV kanalında yayımlanan "Sakın Kaçırma" proqramında həm tamaşaçıları, həm də studiyadakı aparıcıları təəccübləndirən anlar yaşanıb.
Milli.Az xəbər verir ki, canlı yayım zamanı rejidən "Cümhurbaşkanı yayına qoşulacaq" xəbərdarlığı gəlib. Bundan sonra aparıcı Erhan Çelik "Cənab Prezidentimiz xəttdədir" ifadəsi ilə anons edib. Bu sözlər studiyada qısa müddətli gərginlik və həyəcan yaradıb.
Telefonun digər ucundakı şəxs əvvəlcə tamaşaçıları salamlayıb, Ramazan ayının xeyirli və bərəkətli olmasını arzulayıb. Daha sonra "Erhan, necə gedir?" sualını ünvanlayıb. Erhan Çelik əvvəlcə çaşqınlıq yaşasa da, "Sağ olun, efendim. Yenidən ekranlardayam" cavabını verib.
Ardınca aparıcı Evrim Kekliklerə müraciət edilib və onun geyimi ilə bağlı zarafat edilib: "Evrim xanım, sizi hazırda ekrandan izləyirəm. Qara geyinmisiniz, Ramazanı bir az daha rəngli qarşılamaq yaxşı olar". Bu sözlər aparıcının üzündə gərginlik yaradıb. O isə "Haqlısınız, daha diqqətli olacağam" deyə cavab verib.
Bir müddət sonra isə həqiqət üzə çıxıb. Məlum olub ki, xəttdə olan şəxs Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyil, onun səsini və danışıq tərzini təqlid etməklə tanınan Muhammed Nur Nahya imiş. Sürprizin arxasında isə Erhan Çelikin olduğu bildirilib.
Studiyada yaşanan bu zarafat həm aparıcıları, həm də tamaşaçıları təəccübləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)





