"El Mencho"nun sonu: Meksika kartel liderini sevgilisinin izi ilə tapdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksika Müdafiə naziri Rikardo Trevilla Trejo "Jalisco Yeni Nəsil Karteli"nin (CJNG) rəhbəri, "El Mencho" ləqəbli Nemesio Osegueranın öldürülməsi ilə nəticələnən əməliyyatın detallarını açıqlayıb. Dünyanın ən təhlükəli cinayətkarlarından biri hesab olunan kartel rəhbərinin gizləndiyi yer sevgilisinin addım-addım izlənməsi nəticəsində müəyyən edilib.
Milli.Az xəbər verir ki, kəşfiyyat orqanları El Menchonun sevgilisini Jalisco əyalətinin Tapalpa şəhərindəki bir mülkə qədər təqib edib. 21 fevralda qadın mülkü tərk etdikdən sonra kartel liderinin orada tək qaldığı dəqiqləşib və hücum əmri verilib.
Nazir Trejo qeyd edib ki, əməliyyatda ABŞ-nin kəşfiyyat agentliklərinin (DEA və s.) böyük dəstəyi olub. Məhz ABŞ-nin texnoloji imkanları sayəsində kartelin daxili məlumat şəbəkəsi çökdürülüb.
Basqın zamanı El Mencho ilə yanaşı 8 kartel üzvü zərərsizləşdirilib. Hadisə yerindən raketatanlar və çoxlu sayda sursat ələ keçirilib.
Liderlərinin öldürülməsindən sonra CJNG üzvləri bir çox şəhərdə nəqliyyat vasitələrini yandırıb və Qvadalaxara Beynəlxalq Hava Limanına hücum edib. Çıxan iğtişaşlar nəticəsində 28 nəfər həyatını itirib (bunlardan 25-i milli qvardiya əsgəridir), 30 cinayətkar zərərsizləşdirilib.
Meksika Prezidenti Klaudia Şeynbaum xalqa sakitlik çağırışı edərək, təhlükəsizliyin tam bərpa olunacağına söz verib.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Hövsanda mağazanın tavanı uçdu - Qadın yaralandı
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
FHN çimərliklərlə bağlı xəbərdarlıq edti
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var
-
Tbilisi su altında qaldı
-
Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul
-
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)
-
Xaricə gedənlər bu səhvlərə görə pul itirirlər
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)





