Fransalı aktivistlər Luvr muzeyində Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun fotosunu asıblar.
Milli.Az xəbər verir ki, foto, Endryu polis idarəsindən çıxarkən "Range Rover" markalı avtomobilin arxa oturacağında uzandığı zaman çəkilib.
Şəkilin altında "O tər içindədir" yazılıb. 15 dəqiqə sonra isə Luvr işçiləri fotonu götürüblər.
Qeyd edək ki, kralın qardaşı Ceffri Epşteyn işinə görə saxlanılmışdı. O, daha əvvəl ABŞ maliyyəçisi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda rəsmi olaraq şahzadə titulundan məhrum edilib. (Axşam.az)
Milli.Az





