İqtisadiyyat

Ev almaq istəyənlərə ŞAD XƏBƏR

24 Fevral 2026 00:04
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.

Məlumata görə, ilkin mərhələdə 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını "Era Design Group" MMC həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi 597 670 manata başa gələcək.

Qeyd edək ki, MİDA bir müddət əvvəl yaşayış kompleksinin layihələndirilməsi işləri ilə bağlı tender elan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.