Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 86 kilometr məsafədə qeydə alınıb.
Yeraltı təkanların ocağı 50,8 kilometr dərinlikdə yerləşib.
Milli.Az





