Dünya

Qonşu ölkədə zəlzələ OLDU

21 Fevral 2026 10:30
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün yerli vaxtla 08:39-da İranın Gilan vilayətinin Lahican rayonunun Rudbone şəhəri yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

29 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələ hiss olunduğuna görə insanlar binaları tərk edib və təşviş yaranıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, səhər saatlarında Türkiyənin Malatya vilayətində də 4,5 bal gücündə zəlzələ olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.