Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, yerli zərgərlik bazarında satışların əsas hissəsi toy və ailə mərasimləri ilə bağlı olduğundan, ilin ayrı-ayrı dövrlərində bazar aktivliyi fərqli olur.
"Belə ki, bəzi dövrlərdə (məsələn, 8 Mart və Novruz bayramı ərəfəsində) satışlarda artım müşahidə edildiyi halda, bəzi dövrlərdə əksinə, bazar fəallığı azalır. Ramazan ayında toy məclislərinin sayının azalması ilə əlaqədar olaraq zərgərlik bazarında alıcılıq qabiliyyətində təxminən 40-60 faiz intervalında azalma müşahidə oluna bilər.
Eyni zamanda, spot qızılın qiymətinin hazırda təxminən 5000 ABŞ dolları/unsiya ətrafında olması daxili bazarda qiymətlərin yüksək səviyyədə qalmasını şərtləndirən əsas amillərdən biri hesab olunur. Xalis metal üzrə 1 qram qızılın rəsmi dəyəri unsiyanın qram ekvivalentinə əsasən təxminən 270 AZN təşkil edir. Yerli bazarda isə satış qiymətləri əyyar dərəcəsindən, emal səviyyəsindən və satış şərtlərindən asılı olaraq dəyişir. Hazırda 585 əyyar qızılın satış qiyməti təxminən 180-200 AZN, 750 əyyar qızılın satış qiyməti 240-280 AZN, daha yüksək əyyarlı qızıl məmulatlarının satış qiyməti isə təxminən 300 AZN və yuxarı səviyyədə formalaşır".
R.Əmircanov qeyd edib ki, daxili bazara təsirin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda qızıl məmulatlarının pərakəndə satış qiyməti yalnız xalis metalın dəyəri ilə müəyyən olunmur.
"Qiymətlərin formalaşmasına məhsulun hazırlanma və işlənmə səviyyəsi, dizayn xüsusiyyətləri, əlavə komponentlərin dəyəri, tədarük və satış xərcləri, eləcə də satış məntəqələrinin qiymət siyasəti də əhəmiyyətli təsir göstərir. Bu səbəbdən qlobal bazarda qızılın qiyməti artdıqda daxili bazarda da qiymət artımı müşahidə olunsa da, pərakəndə satış qiymətlərinin dəyişmə tempi bəzi hallarda birja göstəricilərindən fərqlənə bilər. Nəticə etibarilə, Ramazan ayında Azərbaycanda qızıl bazarında adətən satış həcminin azalması müşahidə olunur, lakin qiymətlərin səviyyəsi daha çox qlobal qızıl bazarındakı dəyişikliklərlə müəyyən edilir. Bu baxımdan, Ramazan ayının təsiri əsasən tələbat və dövriyyə üzərində özünü göstərir, qiymət formalaşmasında isə əsas rol xarici bazar amillərinə məxsus olur", - deyə R. Əmircanov qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı





