Dünya

"İranın gizlətdiyi uranın yerini bilirik"

10 İyul 2025 20:00
Baxış: 1 092
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi İranın basdırılmış zənginləşdirilmiş uran ehtiyatlarının təxmini yerlərini müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə o, "The New York Post"a açıqlamasında danışıb.

Netanyahu bildirib ki, İranın 60 faiz zənginləşdirilmiş uran saxladığı anbarlar son aylarda baş verən toqquşmalar zamanı zərər görməyib və ehtiyatlar hələ də qorunub saxlanılır.

Baş nazirin sözlərinə görə İsrail bu materialların neytrallaşdırılması üçün gələcəkdə əməliyyatlar keçirməyi istisna etmir. O əlavə edib ki, məsələ ilə bağlı ABŞ ilə koordinasiya davam edir.

Bəzi beynəlxalq mənbələrə görə Rusiya da İranın uran ehtiyatlarını yenidən bərpa etmək niyyətindədir. ABŞ isə hazırda diplomatik vasitələrlə nüvə probleminin həllinə üstünlük verir. İsrail isə İranın nüvə potensialının tam aradan qaldırılmasını tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.