Ölkə

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

11 Dekabr 2025 11:12
Baxış: 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan zəlzələlər güclü olmayıb və təhlükə yaratmayıb.

"Qubada baş verən təkan ümumiyyətlə hiss olunmayıb və əhalidə narahatlığa səbəb olmayıb. Bu səbəbdən hər hansı narahatlığa ehtiyac yoxdur.

Eyni zamanda, qeyd olunmalıdır ki, zəlzələlərin dəqiq proqnozu elmi cəhətdən mümkün deyil. Kiçik təkanlardan çıxış edərək, konkret tarix və saatla güclü zəlzələ gözlənildiyini söyləmək əsassızdır. Azərbaycanda fəaliyyət göstərən seysmik stansiyalar hər gün maqnitudası 3-ə çatmayan, əhali tərəfindən hiss olunmayan çoxsaylı təkanlar qeydə alır. Bu təkanlar seysmik aktiv bölgələr üçün normal və gözlənilən hal hesab olunur. Hazırda narahatlığa əsas yoxdur", məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.