Ölkə

TƏBİB-dən yeni tibbi xidmətlər: ölkə üzrə bir sıra şöbələr fəaliyyətə başladı

11 Dekabr 2025 11:14
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Cari ildə tibb müəssisələrində yeni şöbələr fəaliyyətə başlayıb".

Milli.Az xəbər verir ki, bu barədə Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda çıxışı zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.

Qeyd edib ki, cari ildə Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası, Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbələri fəaliyyətə başlayıb:

"Klinik Tibbi Mərkəzdə və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Oftalmoloji əməliyyatlar, Sabirabad, Qobustan, Astara rayon mərkəzi xəstəxanalarında və Pirallahı Tibb Mərkəzində avastin inyeksiyasının, Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında damar cərrahiyyəsi əməliyyatlarının icrasına başlanılıb".

Zamirə Ədilova nəzərə çatdırıb ki, bunlarla yanaşı, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb:

"Habelə Klinik Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt Tibb Mərkəzində endoprotez, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO cihazı ilə korreksiyası və intraoluyar linzanın implantasiyası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası əməliyyatlarının icrasına başlanılıb".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.