İqtisadiyyat

Qızılın qiyməti "əl yandırır": Ölkə bazarlarında vəziyyət necədir - VİDEO

25 Yanvar 2026 23:49
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hələ də qızıl insanlar üçün ən etibarlı investisiyadır. Bu gün isə qızılın qiyməti rekord həddə çatıb.

Belə ki, dəyərli metalın qiyməti trua unsiyası üçün beş min dolları keçib. Bahalaşma ölkə bazarlarından da yan keçməyib.

Milli.Az xəbər verir ki, satıcılar AzTV-yə bildiriblər ki, qızılın alışı əvvəl 170 manat idisə, hazırda 200 AZN-ə çatıb, bu da alıcılar üçün çətinlik yaradır.

Onlar bildirirlər ki, qiymət artdığı üçün hazırda müştərilər ən çox 585 əyarlı qızılı istəyirlər.

Qlobal bazarlarda qızılın qiymətinin artmasının bir çox səbəbləri var.

Buna qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik və ABŞ dollarının zəifləməsi gətirib çıxarır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.