Ağcabədi rayonunda bir yaşlı körpə xəstəxanada ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 17 radələrində baş verib.
Rayonun Rəncbərlər kənd sakini 2025-ci il təvəllüdlü Z.Q. epilepsiya xəstəliyi ilə bağlı xəstəxanaya hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq, körpə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





