İlham Əliyev Gideon Saarı qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.
Milli.Az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.
Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.
Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.
Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib - (Foto)
-
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb - (Foto)
-
Xarici QHT-lər Prezident İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - (Foto)
-
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
-
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
XƏBƏR LENTİ
-
Haluk Levent saxlanılan köməkçisi danışdı
-
Dövlət Agentliyindən dənizçilərə çağırış edildi
-
55 yaşlı astroloq Nurayı əri öpüşlərə qərq etdi - (Video)
-
Hidayət Heydərov cəzalandırıldı
-
"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır
-
AQTA yas mərasimlərində zəhərlənmələrin səbəbini açıqladı: Lavaş
-
Hidayət Heydərov dünya çempionatında 73 kq çəkidə çıxış edəcək
-
Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi
-
Flora Kərimovanın səhhəti pisləşdi
-
"Bozbash pictures" buna görə dağılıb
-
Alimentin xərclənməsinə nəzarət mümkündür?
-
Harri Keyndən yeni rekord
-
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
ASAN İnnovativ İnkişaf Mərkəzi və “Kontakt” Şuşada jurnalistlər üçün təlim reallaşdırdı - (Foto)
-
Müğənni Dəniz həbsxana günlərindən danışdı: "Hər gün ağladım" - (Video)
-
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto)
-
Tuxel Argentinaya məğlubiyyət səbəbindən danışdı
-
"Yazırlar ki, "nə boydadır?" - "Bəli, o boyda olmasam..."
-
Naxçıvanda küçələr qaranlığa qərq olub - Sakinlər narazıdır
-
"Barselona" yenə aylarla "Kamp Nou"suz qalacaq
-
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı - (Yenilənib)
-
Sibel Canın üzünə nə olub? - (Video)





