AQTA yas mərasimlərində zəhərlənmələrin səbəbini açıqladı: Lavaş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı baş verən qida zəhərlənmələri ilə bağlı araşdırmalar davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, aparılan ilkin epidemioloji araşdırmalar zamanı hər üç hadisədə istehlak olunan qida məhsulları təhlil edilib.
Araşdırma zamanı zəhərlənmə faktlarının qeydə alındığı yas mərasimlərində ortaq risk amili kimi lavaş məhsulu müəyyən olunub.
AQTA bildirib ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfər, iyulun 14-də yenidən Gəncədə 3 nəfər, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin qida zəhərlənməsi ilə bağlı araşdırmaya başlanılıb.
Məlum olub ki, sözügedən mərasimlərdə istifadə edilən lavaş məhsulları qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb.
Agentlik tərəfindən lavaş nümunələri götürülüb. Laborator müayinələrin nəticələri, həmçinin məhsulun hazırlanma şəraiti ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.
AQTA vətəndaşlara qida məhsullarını yalnız qeydiyyatdan keçmiş və təhlükəsizlik tələblərinə cavab verən istehsalçı və satış məntəqələrindən almağı, mənşəyi məlum olmayan və ev şəraitində hazırlanaraq satılan məhsullardan istifadə etməməyi tövsiyə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
AQTA yas mərasimlərində zəhərlənmələrin səbəbini açıqladı: Lavaş
-
Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi
-
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı
-
Bilgəhdə dənizdə bir nəfər batdı - Axtarış başlanıldı
-
Qubada 5 aylıq hamilə qadın xəstəxanada antibiotikdən sonra öldü
-
Binəqədidə istehsalat sexinin fəaliyyəti dayandırıldı
XƏBƏR LENTİ
-
Haluk Leventin saxlanılan köməkçisi danışdı
-
Dövlət Agentliyindən dənizçilərə çağırış edildi
-
55 yaşlı astroloq Nurayı əri öpüşlərə qərq etdi - (Video)
-
Hidayət Heydərov cəzalandırıldı
-
"Fənərbağça"nın 2 futbolçusu "yoxa çıxdı": Telefonları açmır
-
AQTA yas mərasimlərində zəhərlənmələrin səbəbini açıqladı: Lavaş
-
Hidayət Heydərov dünya çempionatında 73 kq çəkidə çıxış edəcək
-
Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi
-
Flora Kərimovanın səhhəti pisləşdi
-
"Bozbash pictures" buna görə dağılıb
-
Alimentin xərclənməsinə nəzarət mümkündür?
-
Harri Keyndən yeni rekord
-
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
ASAN İnnovativ İnkişaf Mərkəzi və “Kontakt” Şuşada jurnalistlər üçün təlim reallaşdırdı - (Foto)
-
Müğənni Dəniz həbsxana günlərindən danışdı: "Hər gün ağladım" - (Video)
-
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto)
-
Tuxel Argentinaya məğlubiyyət səbəbindən danışdı
-
"Yazırlar ki, "nə boydadır?" - "Bəli, o boyda olmasam..."
-
Naxçıvanda küçələr qaranlığa qərq olub - Sakinlər narazıdır
-
"Barselona" yenə aylarla "Kamp Nou"suz qalacaq
-
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı - (Yenilənib)
-
Sibel Canın üzünə nə olub? - (Video)





