Hadisə

Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi

16 İyul 2026 13:01
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 56 yaşlı hemodializ xəstəsi Nizami Hüseynov tibb müəssisəsində dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması üçün xəstəxanaya müraciət edib.

Məlumata əsasən, prosedurdan əvvəl pasiyentin çəkisi və arterial təzyiqi ölçülüb, tibbi qaydalara uyğun hazırlıq işləri aparılıb. Lakin hemodializə başlanılmazdan əvvəl xəstə özünü narahat hiss etdiyini bildirib.

Bununla əlaqədar Təcili tibbi yardım şöbəsindən həkim çağırılıb. Pasiyent müayinə olunduqdan sonra reanimasiya tədbirlərinə başlanılıb.

TƏBİB-in məlumatına görə, təxminən 30 dəqiqə ərzində süni tənəffüs, ürəyin qapalı masajı və digər zəruri tibbi müdaxilələr həyata keçirilib. Lakin görülən tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Nizami Hüseynovun bioloji ölümü iyulun 15-i saat 14:20 radələrində qeydə alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.