Hadisə

Binəqədidə istehsalat sexinin fəaliyyəti dayandırıldı

16 İyul 2026 10:27
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən istehsalat sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında fəaliyyət göstərən obyektdə yoxlama keçirilib.

Yoxlama zamanı sexdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bir sıra pozuntular aşkarlanıb.

Aşkar edilən nöqsanlarla əlaqədar istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərarın surəti obyektin nümayəndəsinə təqdim olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.