Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Azeri Light markalı neftinin qiymətində artım qeydə alınıb.
Neft bazarındakı mənbələrin məlumatına görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azeri Light markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 dollar və ya 0,4% artaraq 86,83 dollara yüksəlib.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin qiyməti 0,03 dollar (0,04%) artaraq 83,18 dollar təşkil edib.
Bununla yanaşı, digər neft markalarında qiymət azalması müşahidə olunub. Belə ki, Urals markalı neftin bir barelinin qiyməti 0,49 dollar və ya 0,9% ucuzlaşaraq 51,18 dollara, Dated Brent markalı neft isə 0,34 dollar və ya 0,4% azalaraq 82,22 dollara düşüb.
"Trading Economics"in məlumatına əsasən, Brent neftinin qiyməti bir barel üçün 85 dollar ətrafında dəyişərək son bir ayın ən yüksək səviyyələrindən birində qalır. Qiymət artımına əsas səbəblərdən biri ABŞ və İran arasında artan gərginlik, eləcə də Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıqlardır.
Məlumata görə, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi qlobal neft tədarükündə mümkün fasilələrə dair narahatlıqları artıraraq qiymətlərə təsir göstərib. Ukraynanın Rusiyanın enerji infrastrukturuna və neft tankerlərinə qarşı hücumları da bazarda təkliflə bağlı riskləri yüksəldən amillər sırasında göstərilir.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sibel Canın üzünə nə olub? - (Video)
-
“Green Card” almaq çətinləşə bilər - 100 min dollarlıq tələb
-
Azərbaycanda külək güclənib, bəzi rayonlarda yağış yağıb
-
Bilgəhdə dənizdə bir nəfər batdı - Axtarış başlanıldı
-
Bellinqemdən final fitindən sonra gözlənilməz hərəkət: Futbolçuya şillə vurdu - (Video)
-
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb - (Foto)
-
Tələbələr üçün təcrübəyə başlamaq üçün ən uyğun vaxt açıqlandı
-
Qubada 5 aylıq hamilə qadın xəstəxanada antibiotikdən sonra öldü
-
Messi qələbəni Maradonaya həsr etdi
-
Göyçayda 36 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı
-
Zaur Kamalın oğlu Bartu tanınmaz dərəcədə dəyişdi - (Foto-Video)
-
Binəqədidə istehsalat sexinin fəaliyyəti dayandırıldı
-
Xarici QHT-lər Prezident İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - (Foto)
-
Messi ən yaxşı oyunçu seçildi
-
Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
-
Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanıldı
-
Məşhur türk futbolçunun aktrisa xanımı geyimi ilə müzakirə yaratdı - (Video)
-
Haluk Levent həbs olundu
-
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
Qızılın qiyməti 4034 dollara düşdü
-
İyulun 16-na rəsmi valyuta məzənnələri açıqlandı
-
İkardi "Qalatasaray"dan getdi
-
Neft qiymətləri ucuzlaşıb
-
Bakının və Lənkəranın bəzi ərazilərində işıq kəsiləcək





