Qarderobların içində kifdən əsər-əlamət qoymayan üsul aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paltarlarımızı saxladığımız qarderoblar zaman keçdikcə havadakı rütubət və divarlardan sızan nəmlik səbəbindən kiflənməyə başlaya bilər. Bu isə paltarların kif qoxumasına və zamanla xarab olmasına yol açır. Dolablardakı rütubət və kifdən bu üsulla qurtula bilərsiniz.
Milli.Az xəbər verir ki, qarderobunuzu hər açdığınızda burnunuza gələn o ağır və nəmli qoxu əslində evinizdəki gizli bir təhlükənin xəbərçisi ola bilər. Bir çoxumuz bu xoşagəlməz kif qoxusunu ağır ətirlərlə və ya dolab ətirləri ilə maskalamağa çalışsaq da, bu üsullar yalnız müvəqqəti həlldir. Mütəxəssislər bildirirlər ki, qalıcı təravətin yeganə yolu qoxunun əsl mənbəyi olan nəmliyi və rütubəti tamamilə aradan qaldırmaqdır. Kimyəvi məhsullara müraciət etmədən, yalnız mətbəxinizdəki vasitələrlə bu problemi kökündən həll etmək sandığınızdan daha asandır.
Kif dolabınıza necə sızır?
Kif sporları nəmli, qaranlıq və havasız olan hər yeri tez bir zamanda məskən tutur. Xüsusilə soyuq havalarda evin divarları ilə dolab arxası arasındakı temperatur fərqi "tərləməyə" və rütubətə səbəb olur. Buna tam qurumamış paltarları dolaba yığmaq da əlavə olunanda kif üçün əlverişli şərait yaranır. Vaxtında qarşısı alınmayan bu vəziyyət paltarların çürüməsinə və tənəffüs yolu xəstəliyi olan insanlar üçün ciddi allergik reaksiyalara yol aça bilər.
Mətbəxdəki təbii möcüzə
Təmizlik mütəxəssislərinin qarderob daxilindəki nəmliyi sıfırlamaq üçün ən çox güvəndiyi üsul tamamilə təbii və çox ucuzdur: Çiy düyü və limon efir yağı.
Düyü: Təbiəti etibarilə mükəmməl bir nəm əmici xüsusiyyətə malikdir. Havada asılı qalan artıq rütubəti bir süngər kimi özünə çəkərək dolabın quru qalmasını təmin edir. Quru mühitdə isə kif sporlarının yayılması mümkün deyil.
Hazırlanması: Bir stəkan çiy düyünü kiçik bir qaba tökün və üzərinə 8-10 damla limon efir yağı damcıladın. Limon yağı düyünün haps etdiyi pis qoxuları aradan qaldırır və antiseptik xüsusiyyəti ilə dolabın havasını təmizləyir.
Hazırladığınız qarışığı dolabın təhlükəsiz bir küncünə yerləşdirin və ya kiçik tənzif torbaya qoyaraq asılqanların arasına asın. Bu qarışıq 2-3 ay ərzində aktiv şəkildə işləyəcək. Müddət bitdikdə nəmlə dolmuş düyüləri yenisi ilə əvəz etmək kifayətdir.
Qalıcı təravət üçün kiçik vərdişlər
Bu təbii üsulu dəstəkləmək üçün dolab nizamında kiçik dəyişikliklər etmək lazımdır:
Hava boşluğu saxlayın: Paltarları dolaba çox sıx yığmayın, aralarında hava keçməsi üçün bir az boşluq buraxın.
Havalandırın: Həftədə bir dəfə dolabın qapılarını yarım saat açıq saxlayın və otağın pəncərələrini açaraq havanı yeniləyin.
Tam qurudun: Ən vacibi, yuyulmuş və ya ütülənmiş paltarları tam qurumadan qarderoba yerləşdirməyin.
Bu sadə addımlarla həm paltarlarınızın ömrünü uzada, həm də kif qoxusunu evinizdən tamamilə uzaqlaşdıra bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
XƏBƏR LENTİ
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)





