Psixopatlarla rastlaşma ehtimalınızın ən yüksək olduğu 10 peşə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər sübut ediblər ki, əsl psixopatlar ofislərdə, xəstəxanalarda və ekranlarda iş geyimləri ilə aramızda dolaşırlar. İngilis psixoloq Kevin Duttonun araşdırmasına görə, empatiya duyğusu sıfır olan "funksional psixopatların" ən çox sığındığı və uğur qazandığı 10 populyar peşə bunlardır:
Milli.Az xəbər verir ki, bir çoxumuz "psixopat" sözünü eşidəndə ağlımıza dərhal qorxulu filmlər və ya qatillər gəlsə də, elm dünyası əsl psixopatların cəmiyyətin ən hörmətli pillələrində yaşadığını ortaya qoyur. Onları aşkar etmək heç də asan deyil; çünki özlərini gizlətməkdə ustadırlar və xaricdən olduqca karizmatik, xoşagələn görünə bilərlər. İngilis psixoloq Kevin Dutton "Psixopatların müdrikliyi" (The Wisdom of Psychopaths) adlı kitabında bu insanların karyera seçimlərinin təsadüfi olmadığını müdafiə edir. Duttona görə, empatiya qabiliyyətindən məhrum olan bu şəxslərin özlərini ən rahat hiss etdikləri və sanki bir maqnit kimi çəkildikləri sahələr var.
Psixopatların ən çox üstünlük verdiyi 10 peşə:
Duttonun siyahısında güc, nəzarət və soyuqqanlılıq tələb edən bu peşə qrupları ön plana çıxır:
CEO-lar (Şirkət rəhbərləri)
Vəkillər
Media işçiləri (TV və radio aparıcıları)
Satış nümayəndələri
Cərrahlar
Jurnalistlər
Polis əməkdaşları
Din xadimləri
Dövlət məmurları (Yüksək səviyyəli bürokratlar)
Aşpazlar (Şeflər)
"Funksional psixopatlar" iş dünyasını necə idarə edir?
Psixoloq Kevin Dutton vurğulayır ki, bu şəxslər cəmiyyət üçün mütləq bir təhlükə mənbəyi olmaya bilərlər. Duyğulardan və empatiya qurma bacarığından məhrum olan bu insanları "funksional psixopatlar" adlandırır. Duttona görə, eqoizm, üstün inandırma qabiliyyəti, həddindən artıq fokuslanma və amansızlıq kimi xüsusiyyətlər cinayətkarlardan çox, biznes liderlərində daha çox müşahidə olunur. Bu insanlar soyuqqanlı, sakit və manipulyativ strukturlarını karyera pilləkənlərini sürətlə qalxmaq və cəmiyyətdə böyük uğurlar əldə etmək üçün bir avantaja çevirirlər.
Niyə məhz bu peşələri seçirlər?
Mütəxəssislər bu yönəlimi bir neçə əsas səbəblə bağlayırlar:
Soyuqqanlılıq: Psixopatlar panikaya düşmür və duyğulardan arınmış, tamamilə məntiqi qərarlar alırlar. Bu xüsusiyyət böhran idarəetməsində, cərrahlıqda və ya polislikdə onlara böyük üstünlük verir.
İdarəetmə və güc: Bəzi peşələr insana başqalarını idarə etmək, yönləndirmək və hətta istismar etmək hüququ verir. Psixopatlar öz maraqları naminə amansız qərarlar alarkən bu peşələrin təqdim etdiyi qanuni legitimliyin arxasına sığınırlar.
Narsistik ehtiyaclar: Media, aparıcılıq və ya rəhbər vəzifələr kimi işlər sıx bir ictimai maraq və narsistik məmnunluq təmin edir. Özünü utanmadan ön plana çıxarmaq və diqqət mərkəzində olmaq arzusu bu sahələri onlar üçün cəlbedici edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
XƏBƏR LENTİ
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı





