İkardi "Qalatasaray"dan getdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin "Qalatasaray" klubu argentinalı hücumçu Mauro İkardi ilə yollarını ayırdığını emosional paylaşım vasitəsilə açıqlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sosial şəbəkə hesabında futbolçuya ünvanlanan vida məktubu yayımlayaraq onun klub tarixində xüsusi yer tutduğunu vurğulayıb. Paylaşımda Mauro İkardinin yalnız qazandığı titullarla deyil, həm də azarkeşlərin qəlbində yaratdığı izlə yadda qalacağı qeyd olunub.
Klub bəyan edib ki, argentinalı forvard artıq "Qalatasaray" formasını geyinməsə də, göstərdiyi xidmətlər və qazandırdığı uğurlar sayəsində komandanın unudulmaz əfsanələri sırasında qalacaq. Məktubda onun vurduğu qollar, bombardirlikləri, rekordları və qazandığı kuboklarla yanaşı, milyonlarla azarkeşə "Qalatasaray" sevgisini aşıladığı da xüsusi vurğulanıb.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayında PSJ-dən icarə əsasında "Qalatasaray"a transfer olunmuşdu. Bir il sonra İstanbul klubu futbolçunun transfer hüquqlarını tam əldə etmişdi. Argentinalı hücumçu klubdakı dörd mövsümü ərzində 4 dəfə Türkiyə çempionluğu, 2 Türkiyə Superkuboku və 1 Türkiyə Kuboku qazanaraq komandanın uğurlarında mühüm pay sahibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
-
"Bəlkə də Bakıda “Barselona”ya qalib gəldik"
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
XƏBƏR LENTİ
-
Vətən müharibəsi qazisi Rahib Əminov qətlə yetirildi
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb
-
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi
-
Cavid Ağaməliyev həbs edildi
-
Sədr vəzifəsindən çıxarılan Zakir Quliyev sabiq deputatın qardaşıdır
-
Çində güclü zəlzələ oldu
-
Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - (Video)
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nazim Qasımzadəyə vəzifə verildi
-
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Emin Əmrullayev
-
İcra başçısının yaxın qohumu işdən çıxarıldı - (Foto)
-
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
25 il əvvəl törədilmiş qətlin üstü açıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb





