Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb - (Foto)
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsinə Amerikalı dövlət başçısının verdiyi töhfə ilə bağlı fikirlərinin yer aldığı məqaləni paylaşıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın rolunu unikal sülhsevər insan kimi yüksək qiymətləndirib. O bildirib ki, Trampın diplomatiyaya prinsipial şəkildə fərqli yanaşması Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında həlledici rol oynayıb və onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərində misli görünməmiş yeni dövrün əsasını qoyub.
Azərbaycan Prezidenti ötən ilin avqustunda Ağ evdə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişinin əldə olunması prosesində Trampın yanaşmasının əvvəlki administrasiyaların siyasətindən nə ilə fərqləndiyi barədə "Breitbart News"un sualını cavablandırarkən bildirib ki, Amerika liderinin uğuru uzun illər davam edən münaqişələrin nizamlanmasına prinsipial şəkildə fərqli yanaşması ilə bağlı olub.
Azərbaycan Prezidentinin sözlərinə görə, əvvəlki administrasiyalar təxminən otuz il ərzində Azərbaycan və Ermənistan arasında münaqişənin faktiki olaraq dondurulmasına gətirib çıxaran siyasət yürüdüblər. Donald Tramp isə bu problemin həllinə tamamilə fərqli mövqedən yanaşıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib - (Foto)
-
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb - (Foto)
-
Xarici QHT-lər Prezident İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - (Foto)
-
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
-
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
XƏBƏR LENTİ
-
ASAN İnnovativ İnkişaf Mərkəzi və “Kontakt” Şuşada jurnalistlər üçün təlim reallaşdırdı - (Foto)
-
Müğənni Dəniz həbsxana günlərindən danışdı: "Hər gün ağladım" - (Video)
-
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto)
-
Tuxel Argentinaya məğlubiyyət səbəbindən danışdı
-
"Yazırlar ki, "nə boydadır?" - "Bəli, o boyda olmasam..."
-
Naxçıvanda küçələr qaranlığa qərq olub - Sakinlər narazıdır
-
"Barselona" yenə aylarla "Kamp Nou"suz qalacaq
-
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı - (Yenilənib)
-
Sibel Canın üzünə nə olub? - (Video)
-
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib - (Foto)
-
“Green Card” almaq çətinləşə bilər - 100 min dollarlıq tələb
-
Azərbaycanda külək güclənib, bəzi rayonlarda yağış yağıb
-
Bilgəhdə dənizdə bir nəfər batdı - Axtarış başlanıldı
-
Bellinqemdən final fitindən sonra gözlənilməz hərəkət: Futbolçuya şillə vurdu - (Video)
-
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb - (Foto)
-
Tələbələr üçün təcrübəyə başlamaq üçün ən uyğun vaxt açıqlandı
-
Qubada 5 aylıq hamilə qadın xəstəxanada antibiotikdən sonra öldü
-
Messi qələbəni Maradonaya həsr etdi
-
Göyçayda 36 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı
-
Zaur Kamalın oğlu Bartu tanınmaz dərəcədə dəyişdi - (Foto-Video)
-
Binəqədidə istehsalat sexinin fəaliyyəti dayandırıldı
-
Xarici QHT-lər Prezident İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - (Foto)
-
Messi ən yaxşı oyunçu seçildi





